KXDR-in Cənubi Koreya ilə müharibəyə hazırlaşır

KXDR-in Cənubi Koreya ilə müharibəyə hazırlaşır

Kim Çen In Cənubi Koreyaya nüvə arsenalından istifadəni də nəzərdə tutan asimmetrik müharibə metodlarını tətbiq etməklə yeni hücum planını təsdiqləyib. TASS informasiya agentliyi xəbər verir ki, Cənubi Koreyanın "Çunan ilbo" qəzetinin məlumatına əsasən, bu plan Koreya Respublikasına sürətli hücumu və onun ərazisinin tamamilə zəbt edilməsini nəzərdə tutur. Plana görə, hərbi əməliyyatlar bir həftə ərzində - Cənubi Koreyanın müttəfiqi ABŞ köməyə gəlməyə imkan tapmamış başa çatdırılmalıdır.

Bu arada, yanvarın 8-də KXDR-in dövlət müdafiə komitəsi Seuldan "ölkələrarası münasibətə dair öz mövqeyini dəqiq ifadə etməyi" tələb edib. Komitənin bəyanatından belə görünür ki, ABŞ Prezidenti Barak Obama tərəfindən bu yaxınlarda Şimali Koreyaya əlavə sanksiyaların tətbiq olunmasına Koreya Respublikası hökumətinin dəstək nümayiş etdirməsi Pxenyanı bərk qəzəbləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə