Olland atışma yerinə gəldi

Fransa prezidenti Fransua Olland "Charlie Hebdo" satirik jurnalının redaksiyasına, atışma yerinə gəlib. Sİa-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Yelisey sarayının bəyanatında deyilir. Bəyanata görə, ən yaxın zamanda hökumətin təcili iclasının keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, bu gün silahlanmış 3 maskalı şəxs Parisdə nəşr olunan "Charlie Hebdo" satirik jurnalının redaksiyasına daxil olub və atəş açıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə