Somali silahlı qüvvələri ölkənin şərqində "Əş-şəbab" terror qruplaşmasında döyüşən 20 terrorçunu məhv etməyə nail olub. SİA-nın məlumatına görə, bu barədə Somali hökuməti rəsmi saytda xəbər yayıb.
Əməliyyat ölkənin Puntlend muxtar rayonun ərazisində baş tutub. Nəticədə 29 nəfər terrorçu yaralanaraq ələ keçirilib və 20 nəfəri məhv edilib. Hökumət qüvvələri tərəfindən ölkənlər və yaralananlar barədə məlumat verilmir.
Qeyd edək ki, əsas bazaları Somalidə yerləşəm "Əş-Şəbab" ("Gənc mücahidlərin hərəkatı" – red.) qruplaşması bilavasitə "Əl-Qaidə" beynəlxalq terror təşkilatı ilə sıx əlaqələr saxlamardadır. "Əş-Şəbab" xüsusilə mərkəzi hökumətə və orada humanitar sahədə iş aparan BMT-yə qarşı mübarizə aparır. Qruplaşma Somalidə baş verən bir çox qanlı terror olaylarındakı cavagdehliyi öz üzərinə götürüb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB