Suriya hökuməti BMT-yə şikayət etdi TƏLƏB

Suriya hökuməti BMT-yə şikayət etdi TƏLƏB

Suriya hökuməti BMT rəhbərliyinə və qurumun Təhlükəsizlik Şurasına bir sıra siyasilərin ölkə ərazisinə qeyri-leqal daxil olmaları barədə məktub ünvanlayıb. Bu siyasilərin arasında məşhur amerikalı senator Con Makkeynin də adı hallanıb. SİA xəbər verir ki, bu barədə "Associated Press" yazır.

Makkeyndən əlavə Suriya hökuməti Fransanın keçmiş xarici işlər naziri Bernar Kuşnerin, Küveyt deputatı Valid Əl-Təbtəbai və ABŞ-ın Xorvatiyadakı keçmiş səfiri Piter Gelbreytin də ölkə ərazisinə ölkə qanunlarını tapdayaraq daxil olmalarından narazı qaldığını BMT-yə çatdırıb.

Ərəb Respublikasının rəhbərliyi belə hesab edir ki, çağırılmamış qonaqların bu üsulla ölkə ərazisinə daxil olmaları Suriyanın suverenliyinə qarşı təhlükədir. Rəsmi Dəməşq BMT-ni adları qeyd olunan siyasilərin təmsil olunduqları ölkələrə onların Suriya ərazisinə qeyri-leqal daxil olmalarından dolayı təzyiq və ölçü göstərilməsinə çağırıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə