İran və "altılıq" ölkələri arasında növbəti görüşün Cenevrədə yanvarın 15-də deyil, 18-də keçirilməsi qərara alınıb. TASS informasiya agentliyi xəbər verir ki, bu barədə İrandakı diplomatik mənbə məlumat verib. O deyib ki, bu qrafik bütün tərəfləri qane etdiyindən belə bir qərar qəbul olunub. Plenar iclasdan əvvəl İran tərəfinin həm Rusiya, həm də Amerika nümayəndə heyətləri ilə ikitərəfli danışıqları nəzərdə tutulur.
Rusiyanı danışıqların növbəti raundunda həmişəki kimi xarici işlər nazirinin müavini Sergey Ryabkov təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB