BMT: "Ukraynanın şərqində 4,7 mindən çox insan həlak olub"

BMT: "Ukraynanın şərqində 4,7 mindən çox insan həlak olub"

BMT-nin tvitterə yerləşdirdiyi məlumata görə, Ukraynanın şərqində 2014-cü ilin aprel ayından başlayan hərbi münaqişə zamanı 4,7 mindən çox insan həlak olub, 10 mindən çox insan isə yaralanıb. İnterfax informasiya agentliyi xəbər verir ki, təşkilatın məlumatına əsasən Ukraynada daxili qaçqınların sayı 610 min nəfəri keçib. Daha 594 min nəfər isə əsasən Rusiya olmaqla qonşu ölkələrə qaçıb.

Bundan başqa, təşkilatdan, həmçinin yanvar ayında Böyük Britaniya və Litvanın xahişi ilə BMT Təhlükəsizlik Şurasında Ukraynaya dair iclasın keçirilə biləcəyini də qeyd ediblər.

BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyəti son dəfə 2014-cü il noyabrın 12-də açıq iclas çərçivəsində müzakirə etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə