Türkiyənin "Turkish Airlines" hava nəqliyyatı şirkəti Liviyaya uşuşlarını dayandırdığını bəyan edib. SİA xəbər verir ki, bu barədə "bbc" məlumat yayıb. Belə ki, bu şirkətə qədər dünyanın daha bir neçə hava nəqliyyatı şirkətləri də Liviyaya uşuşlatını dayandırdıqlarını rəsmən bəyan ediblər. "Turkish Airlines" həftənin bazar ertəsi günündən başlayaraq, Liviyanın Misrata şəhərinə reysləri ləğv etdiyini bəyan edib. Bunun ardınca isə Tripoliyə, Benqaziyə və Səbhaya da olan uçuşlar dayandırılıb.
Qeyd edək ki, hazırda Liviyada şiddətli döyüşlər yenidən başlayıb. İslamçı qiyamçılar dünya birliyi tərəfindən tanınan Liviya hakimiyyətinə qarşı ardıcıl silahlı hücumlar edirlər.
Liviya hökuməti isə Ərəv Liqası dövlətlərindən silah yardımı almaq üçün müraciət edib. Belə ki, daha öncə islamçı qiyamçılar hökuməti bir müddət paytaxtan sıxışdıraraq çıxarmağa nail olmuşdular.
Xatırladaq ki, ötən gün Liviya ordusuna məxsus hərbi təyyarələr Yunanıstana məxsus gəmini bombalayıblar. Hadisə nəticəsində gəmidə olan bir yunan və bir rumın vətəndaşı öldürülmüş, digər iki nəfər isə yaralanmışdı.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB