ABŞ prezidenti Havay adalarında keçirdiyi yeni il tətilini başa vuraraq Aş Evə qayıdıb
Barak Obama Vaşinqtona qayıtdı

ABŞ Prezidenti Barak Obama Havay adalarında ənənəvi yeni il tətilini başa vuraraq Vaşinqtona qayıdıb. TASS informasiya agentliyi xəbər verir ki, Amerika Prezidenti yanvarın 6-da Meksika lideri Enrike Penya Netonu qəbul edəcək. Həftənin qalan günlərini isə Miçiqan, Arizona və Tennessi ştatlarında işgüzar səfərdə keçirəcək.

Bu səfərlər Barak Obamanın ABŞ Senatına və konqresin nümayəndələr palatasına təqdim edəcəyi "Ölkədəki vəziyyətlə bağlı" ənənəvi çıxışı çərçivəsində təşkil olunub.

Tətilini Oaxu adasında keçirən ABŞ liderinin adaya dekabrın 19-da həyat yoldaşı Mişel, qızları - 16 yaşlı Malii və 13 yaşlı Saşi ilə birgə gəldiyi, günlərini əsasən qolf oynamaqla, ailəsi ilə çimərlikdə dincəlməklə və köhnə dostları ilə görüşməklə keçirdiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə