Çexiyada yayılmış məlumata görə, xaricdəki islamçıların bu ölkədəki radikallara maliyyə dəstəyi göstərməsi və ya ərəb ölkələrinə vəsait köçürməsi halları qeydə alınıb. Bu məlumatlar Baş nazir Boquslav Sobotka və İnformasiya Təhlükəsizliyi Xidmətinin rəhbəri İrji Lanq tərəfindən hökumətə təqdim edilən xüsusi xidmətlər haqqında qanuna düzəlişə qoşma məktubda əks olunub.
Bazar günü, yanvarın 4-də "Česká justice" serverində yayılan məlumata görə, sözügedən düzəliş İnformasiya Təhlükəsizliyi Xidməti ilə Vergi Müfəttişliyi və banklar arasında əlaqəni yaxşılaşdırmaq məsələsinə aiddir. Məlumatda göstərilir ki, Təhlükəsizlik Xidməti hazırda Çexiya Respublikasında olan, islam təməlçisi olması güman edilən şəxsi izləyir. Bu şəxs ərəb ölkələrindən mütəmadi vəsait alır və həmin vəsait dini fəaliyyətin maliyyələşdirilməsinə sərf edilir. Yoxlama zamanı belə bir şübhə yaranıb ki, xaricdən göndərilən vəsait şübhəli subyektə mənsub ola bilər. Təhlükəsizlik Xidməti həm də islamçı təşkilatların Çexiya ərazisində fəaliyyəti ilə məşğuldur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB