Vitse-kansler Rusiyaya qahmar çıxdı

Ziqmar Qabriel: “Unutmamalıyıq ki, Rusiya həm də nüvə dövlətidir”
Vitse-kansler Rusiyaya qahmar çıxdı

Almaniya Federativ Respublikasının (AFR) vitse-kansleri Ziqmar Qabriel Qərbin Rusiyaya qarşı növbəti sanksiyalar qəbul etməsinə qarşı çıxıb. SİA-nın məlumatına görə, vitse-kansler alman mətbuatına açıqlamasında deyib ki, daha öncə irəli sürülən sanksiyalar Rusiyanı gözlənildiyi qədər siyasi və iqtisadi xaosa sürükləməyib: "Kim bunu istəyirsə, bilməlidir ki, nəticə Avropa üçün də pis ola bilər."

Ziqmar Qabriel bununla yanaşı, Rusiyanın nüvə ölkəsi olduğunu da xatırladıb və bildirib ki, Almaniya və Avropanın məqsədi heç də Rusiyanı dizi üstündə qoymaq deyil. O, sadəcə sanksiyaların Ukrayna hadisələrinə görə tətbiq edildiyini bildirib: "Unutmamalıyıq ki, Rusiya həm də nüvə dövlətidir. Bu baxımdan, demək istərdim ki, biz sadəcə Ukrayna münaqişəsinin sülh yolu ilə başa çatmasını istəyirik".

Qeyd edək ki, yanvarın 5-də Berlində Ukrayna ilə bağlı "normand formatı" üzrə siyasilərin görüşləri keçiriləcək. Rusiyanı bu görüşdə MDB-nin xarici siyasət üzrə koordinatoru və Rusiya Federasiyasının Xarici İşlər Narizliyinin ikinci departament direktoru Viktor Sorokin təmsil edəcək. "Normand formatı" üzrə keçiriləcək görüşdə Rusiya ilə yanaşı, Almaniya, Fransa və Ukrayna da iştirak edəcək.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə