Kristina Aqillera Mikki Mausla dalaşıb

Kristina Aqillera Mikki Mausla dalaşıb

Amerikanın məşhur müğənnisi Kristina Aqillera növbəti doğum gününü qeyd etmək üçün uşaqlıq illərinə geri dönmək istəyib. SİA Amerika mətbuatına istinadən xəbər verir ki, 34 yaşını qeyd edən Kristina bunun üçün dostları ilə birgə Kaliforniyada yerləşən Disneylendə gedib. Belə ki, o Mikki Mausla şəkil çəkdirmək istərkən qarşı tərəf ona nahar vaxtı olduğunu deyib. Nəticədə müğənni pis vəziyyətdə qalıb. O, Disneylendin rəhbərliyinə və işçilərinə qarşı senzuradankənar ifadələr işlədib və Mikiki Mausu təqlid edən şəxsin yaxasından tutaraq, "Heç bilirsən ki, mən kiməm?!" sözlərini qışqırıb.

Nəticədə Disneylend əməkdaşları olay yerinə təhlükəsizlik xidmətini çağırıblar. Lakin onlar gələnə qədər Kristina və dostları oranı tərk ediblər.

Müğənni məsələ ilə bağlı heç bir söz deməsə də, sonradan sosial şəbəkədə "Sevincli doğum günü dünyanın ən xoşbəxt yerində!" ifadələrini paylaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə