Rusiyayanın "Yakutiya" aviaşirkətinə məxsus Boeing 757 təyyarəsi Avstriyanın Zalsburq hava limanında girovda saxlanılıb. SİA xəbər verir ki, bu barədə "Austrian Wings" yazıb. Qeyd olunur ki, təyyarə yanvar ayının 2-dən oradadır və saxlanılmasının səbəbi borcla bağlıdır.
"Rusiyayanın "Yakutiya" aviaşirkətinə məxsus Boeing 757 təyyarəsi Moskvanın "Vnukovo" aeroportundan uçuş edib və cümə günü səhər saatlarında Zalsburq hava limanına enib. Lakin təyyarənin Moskvaya geri uçmasına icazə verilməyib"-deyə nəşrdə bildirilir.
KİV-lərin yazdıqlarına görə, təyyarənin geriyə buraxılmaması səbəblərindən biri onun "GE Capital Aviation Services" ("GECAS") lizinq kompaniyasına borcunun olması ilə bağlıdır. Bu informasiyanı Zalsburq aeroportunun rəsmisi də təsdiq edib. Lakin "GECAS" lizinq kompaniyası hələlik bu barədə heç bir rəsmi təsdiqləmə etməyib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB