"Ukrayna beynəlxalq partnyorlardan hərbi avadanlıqlar almaqda davam edir və hərbi vasitə daşıyan daha təyyarəni gözləyir". SİA xəbər verir ki, bu sözləri Uykrayna prezidenti Petro Poroşenko ölkənin güc nazirlikləri ilə keçirdiyi iclasda bəyan edib.
Onun sözlərinə görə, səfərbərliyin dördüncü mərhələsində hərbi qulluqçular onlara lazım olan istənilən hərbi vasitəyə sahib olacaqlar: "Litvadan olan hərbi partnyorlarımız bizə nə söz vermişdilərsə, onlara əməl ediblər. Kanadadan isti geyimlər və s. lazımlı avadanlıqlar almışıq və oradan daha iki təyyarənin gəlməsini gözləyirik. Polşalı və digər dostlarımızdan da həmin dəstəyi görürük".
Ukrayna prezidenti deyib ki, əldə olunmuş razılaşmalardan sonra hər şey dəqiq qrafiklə icra olunur. "Bizim hərbçilər geyimdən tutmuş zirehli jiletlərə və sair lazımlı əşyalara sahib olublar"-deyə Poroşenko bildirib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB