Pakistan KİV-ləri xəbər verir ki, ölkənin şimal qərbində-Moxmand qəbilə vilayətindəki mərmər mədənində baş vermiş uçqun nəticəsində azı 12 nəfər həlak olub. Xilasedicilər artıq onların cəsədlərini mədəndən çıxarıblar. Məlumatda deyilir ki, qəza baş verən vaxt mədəndə 17 adam olub, qalan mədənçilərin axtarışı davam etdirilir.
Qeyd olunur ki, təhlükəsizlik texnikasına əməl olunmaması nəticəsində Pakistanın mədənlərində belə hadisələr tez-tez baş verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB