Rusiya əhalisi 2014-cü ildə 30 milyard dollarlıq xarici valyuta alıb

Rusiya əhalisi 2014-cü ildə 30 milyard dollarlıq xarici valyuta alıb

Rusiya əhalisi 2014-cü ildə 30 milyard dollarlıq xarici valyuta alıb. Bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev "Business FM" radiosuna müsahibəsində məlumat verib. TASS informasiya agentliyi xəbər verir ki, 30 milyard dollarlıq xarici valyutanın ümumi kapital axınının təxminən 25 faizini təşkil etdiyini deyən Aleksey Ulyukayev, 2014-cü ilin yekunlarına görə kapital axınının ümumilikdə 120-130 milyard dollar arasında olduğunu qeyd edib.

Nazir, həmçinin Rusiyanın "Standard&Poor’s" agentliyinin investisiya reytinqində geriləməsinin ölkəsinə daha 20-30 milyard dollar ziyan vuracağı fikrindədir.

Beynəlxalq reytinq agentliyi "Standard&Poor’s" rublun məzənnəsinin qeyri-sabitliyi nəticəsində yaranmış neqativ proqnozlara görə, yanvarın ortalarında Rusiya Federasiyasının suveren reytinqinə yenidən baxacağını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə