Britaniyanın "telegraph" agentliyinin jurnalistləri maraqlı araşdırma aparıblar. SİA xəbər verir ki, onlar yeni il ərəfəsində işləmək istəməyənlərin daha çox hansı ölkədə olduğunu müəyyənləşdiriblər. Məlum olub ki, 31 dekabr tarixində ən kox bəhaə edərək, işə çıxmayanlar İtaliya polisləridir. Belə ki, təkcə paytaxt Romada orta hesabla beş polisdən dördü yeni il günü işə çıxmayıb. Bəhanələr isə müxtəlif olub. Onlardan bəziləri özlərini xəstəliyə vurub, bəziləri isə qan verdiklərinə görə (İtaliya qanunlarına görə, donorlar qan verdikləri gün işə çıxmamaq hüququna malikdirlər) işə çıxmadıqlarını bəhanə ediblər.
Maraqlı məqam isə budur ki, britaniyalı jurnalistlərinin apardıqları araşdırma İtaliyanın baş nazirinin diqqətindən yayınmayıb. Belə ki, baş nazir Matteo Rensi bununla bağlı ciddi qanun qəbul ediləcəyini deyib. "Dövlət sektorunda məşğuliyyətlə bağlı yeni qanunun qəbul edilməsinə ehtiyac var. Əgər qanun keşikçiləri bayram günlərində işləməkdən boyun qaçıracaqsa, bu zaman onlarla şəhər şurası və İtaliya hökuməti məşğul olacaq"-deyə baş nazir bəyan edib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB