Malayziyadan Çinə üzən yük gəmisi batdı QƏZA

Malayziyadan Çinə üzən və 46 ton boksit daşıyan yük gəmisi Cənubi Çin dənizində - Vytetnam sahilləri yaxınlığında çevrilərək, batıb. Qəza Vyetnamın Vunqtau şəhərindən 150 mil cənubda baş verib. SİA "ria.ru"-ya istinadən xəbər verir ki, gəminin batması nəticəsində iki nəfərin öldüyü, 16 nəfərin isə itgin düşdüyü bildirilir.

"Axtarış və xilasetmə tədbirləri intensiv rejimdə aparılır. Ancaq hava şəraitinin kəskin şəkildə pis olması axtarış prosedurları aparan xilasedicilərə ciddi maneə törədir. Çox yəqin ki, gəmi həddindən artıq yüklənib və tufan nəticəsində batıb"-deyə axtarış və xilasetmə qrupunun nümayəndəsi Le Danq Anx bildirib.

Onun sözlərinə görə, "Gealbulk" şirkətinə məxsus gəminin heyəti 19 nəfərdən ibarət olub və onlar Filippin əsilliləərdir. Nümayəndə həmçinin bildirib ki, ölənlər arasında gəminin kapitanı da var. Lakin Yaponiyanın sahil mühafizəsindən bildirirlər ki, onlar kapitanı xilsa etməyə nail olublar.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə