Rəsmi Tehran ABŞ KİV-lərini yalanladı

Rəsmi Tehran ABŞ KİV-lərini yalanladı

İran hökuməti rəsmi Tehranın nüvə silahının hazırlanması üçün Rusiyaya materiallar göndərilməsi haqqında Vaşinqtonla razılığa gəlməsi barədə yer alan fikirlərin həqiqətə uyğun olmadığını bəyan edib. SİA xəbər verir ki, bu barədə ölkənin rəsmi "isna" saytı məlumat yayıb. Belə ki, daha öncə "assoşeyted press" danışıqlar prosesi ilə yaxından tanış olan iki dipoomata istinadən xəbər vermişdi ki, artıq İran ABŞ-la ümumi razılıq əldə edib. Bundan əlavə, agentlik informasiya yaymışdı ki, İranın nüvə proqramı üzrə dekabr ayında "altılıq" tərəfindən aparılan danışıqlarda müəyyən razılaşmalar əldə olunub.

Daha öncə isə, "New York Times" də sözügedən mənbələrə istinadən məlumat vermişdi ki, İran " altılıq" ölkələrinin ümumi razılaşması əsasında uran ehtiyatlarını işlənməsi üçün Rusiyaya göndərə bilər.

Lakin bu arada İran XİN-i bəyan edib ki, bu barədə ABŞ mətbuarının yaydığı informasiyalar heç bir reallığı əks etdirmir. Bəyan olunub ki, bu kimi məlumatlar sadəcə İranın "altılıq"la danışıqlar prosesinə təsir göstərmək üçün spekulyasiyadır.

Xatırladaq ki, 2013-cü ilin noyabrında Cenecrədə "altılıq" ölkələri – Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Çin arasında nüvə proqramının sülh məqsədi üçün istifadə olunması şərti ilə İranla razılamşa sənədi imzalanmışdı. İran tərəfi isə sənədin imzalanması üçün öz şərtini irəli sürmüşdü. Şərtə əsasən, Qərbin bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalar aradan qaldırılmalıydı. Lakin hələlik heç bir şərtə əməl olunmayıb. Danışıqların növbəti raundu isə bu il yanvarın 15-də Cenevrədə davam etdiriləcək.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə