Malayziyada "İŞİD" izi

Malayziya vətəndaşı olan bir qadın "İslam Dövləti" (keçmiş adı "İŞİD") terror qruplaşmasında döyüşən Mərakeşli terrorçuya ərə getdiyi üçün həbs olunub. SİA xəbər verir ki, bu barədə Qərb mətbuatı yazıb. Qadının skayp (skype) vasitəsilə terrorşuya ərə getdiyi bildirilir. Malayziya daxili işlər naziri Xalid Əbü Bəkr bildirib ki, bu vasitə ilə tanış olan və daha sonra evlənən cütlük hətta toylarını da skaypın səsli serveri vasitəsilə ediblər.

"Operativ bilgilərə görə, 27 yaşlı qadın noyabr ayından başlayaraq, "youtube" vasitəsilə "İslam Dövləti"nin təbliğat xarakterli çarxlarına baxmağa başlayıb. Məhz bundan sonra terrorçulara qarşı rəğbət göstərib"-deyə ölkə polisinin rəhbəri bildirib. Əbu Bəkr deyib ki, həmin qadın dekabrın 24-də ölkə ərazisini tərk etmək istərkən, Kuala-Lumpur aeroportunda saxlanılıb.

Ölkənin xüsusi xidmət orqanları həmçinin bildiriblər ki, hazırda İraq və Suriyada Malayziyadan olan 60 nəfər vətəndaş terrorşu qruplaşmanın üzvləridirlər. Son bir ayda isə Malayziya paytaxtının hava limanında daha bir neçə nəfər Suriyaya getməkdə olarkən yaxalanıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə