Peterburq su altında qalmaq TƏHLÜKƏSİNDƏ

Peterburq su altında qalmaq TƏHLÜKƏSİNDƏ

Günün ikinci yarısından başlayaraq, Peterburqda saniyədə 20 metr olmaqla, güclü cənub və cənub-qərb küləyinin əsməsi şəhərdə problemə səbəb ola bilər. Rusiyalı sinoptiklər bildirirlər ki, sutkanın sonuna qədər Neva çayı sularının iki metr qalxacağı da gözlənilir. Mütəxəssislər qabaqlayıcı tədbirlərin görülməsi vacibliyi barədə şəhər rəhbərliyini məlumatlandırıblar.

Qeyd edək ki, Sankt-Peterburq şəhəri Neva çayı sularının qalxması nəticəsində bir neçə dəfə su altında qalmaq təhlükəsi ilə qarşı-qarşıya qalıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə