Ebolaya qalib gəldi İTALİYADA

İtaliyali həkim virusoloq Ebola xəstəliyinə qalib gəlib. SAİ xəbər verir ki, bu barədə ölkənin "La Reppublika" nəşri yazıb. Qeyd olunduğuna görə, pasient müalicə aldığı Latsaro Spallansani adına infeksion xəstəlikləri milli institunun hüdudlarını bu gün tərk edə bilər.

Eyni zamanda bildirilir ki, xəstəliyə yoluxmuş, lakin müalicə olaraq sağalmış həkimin daha sonrakı yeri bu gün İtaliyanın səhiyyə naziri Beatriçe Lorensin iştirakı ilə keçiriləcək mətbuat konfransında bəlli olacaq.

Qeyd edək ki, həkim virusoloq Syerra Leonedən Romaya qayıtdıqqan sonra, onda ölüm təhlükəsi saçan xəstəliyin simptomları aşkar edilmişdi.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə