Şanxay şəhərinin rəhbərliyi faciə rəqmlərini rəsmən açıqladı

Şanxay şəhərinin rəhbərliyi faciə rəqmlərini rəsmən açıqladı

Şanxay şəhərinin hakimiyyəti yeni il gecəsində baş vermiş faciə ətrafındakı rəqəmlərbarədə rəsmi açıqma verib. SİA xarici mətbuata istinadən xəbər veirir ki, şəhər rəhbərliyi Baytan sahilində basabas nəticəsində ayaqlar altıpnda qalaraq, həyatlarını itirən 36 nəfərdən 32-nin adını dərc edib.

Sənəddə qeyd olunub ki, ölkənlərin böyük əksəriyyəti qadınlardır - 21 nəfər. Daha iki nəfər isə həddi-büluğa çatmayan uşaqlardır ki, onlardan birinin yaşı 12 olub.

Qeyd edək ki, faciə yeni il gecəsi ərəfəsində, saat 23:35-də baş vermişdi. Belə ki, hadisənin yaşandığı yer – Vaytan sahili Şanxayın əsas turistik bölgəsi hesab olunur və hər il yeni il gecəsi orada pirotexnika şouları göstərilir. Həmin şoularda şəhərin yüz minlərlə sakini iştirak edir. Eyni zamanda, turislət də həmin əraziyə toplaşırlar.

Dünya KİV-ləri faciə baş verəndən az sonra belə bir informasiya yaymışdılar ki, yaxınlıqda yerləşən hübdür mərtəbəli göydələndən kütlə tərəfə onlarla dollar əskinasları atılıb. Lakin sonradan bəlli olub ki, bu sadəcə reklam kağızlarıdır və onların üzərində "Uğurlu illər" sözü yazılıb. Deyilənə görə, həmin əraziyə yaxın yerdə bar fəaliyyət göstərir və həmin reklam kağızlarını bara təqdim edənlər endirim qiymətlərindən yararlana bilərdilər.

Lakin az sonra Şanxay şəhərinin adminitrativ rəhbərliyi bu informasiyanın həqiqəəti əks etdirmədiyini bəyan edib. Bildirilib ki, reklam kağızları hadisə baş verdikdən sonra binadan kütlə üzərinə buraxılıb. Hələlik, faciənin aş vermə səbəbləri tam müəyyənləşdirilməyib və bu istiqamət üzrə dörd işçi qrupunun fəaliyyətə başladığı bildirilməkdədir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə