Fransanı qana batıran tibb bacısı

Fransanı qana batıran tibb bacısı

Fransanın şimalında yerləşən Pas-de-Calais bölgəsinin təxminən 3 min 600 əhalisi olan Arras qəsəbəsində yaşanan dram Fransa mətbuatında özünə geniş yer tapıb. SİA-nın Fransa mətbuatına istinadən xəbərinə görə, qəsəbənin mərkəzi xəstəxanasında tibb bacısı olaraq fəaliyyət göstərən bir qadın köhnə sevgilisinin yaşadığı evə gedərək yeni il şənliyi keçirən 7 nəfərlik ailəyə atəş açıb. Hadisə nəticəsində 3 nəfər həyatını itirib, təxminən 50 yaşlarında olan iki nəfər isə ağır yaralanıb. Hadisəni törətdikdən sonra polisdən qaçan tibb bacısı çalışdığı xəstəxananın bağında ov tüfəngiylə intihar edib. Hadisənin qısqanclıq zəminində baş verdiyi iddia edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə