Fabrik partladı - 17 nəfər öldü

Fabrik partladı - 17 nəfər öldü

Çində bir fabrikdə meydana gələn partlayış nəticəsində 17 işçi həyatını itirib. SİA-nın "Şinhua" agentliyinə istinadən verdiyi xəbərə görə, Çinin cənubunda olan Guangdong əyalətinin FOSA şəhərində fəaliyyət göstərən bir fabrikdə baş verən partlayış nəticəsində 17 işçi həyatını itirib, 20 nəfər isə yaralanıb.
Şahidlərin sözlərinə görə, fabrikdə yerli vaxtla 09:30 radələrində ard-arda bir neçə partlayış olub. Yaralılar təcili xəstəxanalara yerləşdirilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Qeyd edək ki, Guangdong əyaləti Çinin ən böyük istehsal mərkəzlərindən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə