Tayland bir neçə saat əvvəl 2015-ci ilə qədəm qoyub amma yeni il Tayland xalqı üçün arzuolunmaz nəticələrlə başlayıb. SİA-nın xarici mətbuata istinadən xəbərinə görə, yol qəzaları nəticəsində dünən gecə Taylandda 58 nəfər ölüb, 517 nəfər yaralanıb. Ən çox qəza isə Chiang Mai və Surat Thani şəhərlərində qeydə alınıb. Bu şəhərlərdə bir neçə saat içində 23 yol qəzası qeydə alınıb. Tayland polisinin açıqlamasına görə, ötən gecə qaydaları pozan 71,168 sürücüyə protokol tərtib edilib. Qəzaların 36%-i spirtli içki qəbul edən sürücülər, 23%-i isə avtomobili yüksək sürətlə idarə edən şəxslər tərəfindən törədilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB