ABŞ çeçenlərə sanksiya tətbiq etdi

ABŞ çeçenlərə sanksiya tətbiq etdi

ABŞ-ın Maliyyə Nazirliyi bir sıra rusiyalı dövlət məmurlarına qarşı növbəti sanksiya tətbiq edib. SİA xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib. Bu dəfə sanksiyalara uğrayanlar Çeçenistandan olan məmurlardır.

Sanksiya siyahısına Çeçenistanın prezident administrasiyasının və hökumətinin rəhbəri Maqomed Daudov və daxili işlər nazirinin müavini Apti Alaudinovun adları əlavə olunub.

Qeyd edək ki, Maliyyə Nazirliyinin tətbiq etdiyi sanksiyalar Maqnistski qanunu əsasında irəli sürülb. Belə ki, 2014-cü ilin iyununda ABŞ hökuməti "Maqnistski siyasıhı" üzrə 12 rusiyalı dövlət məmuruna qarşı da bu cür sanksiyalar irəli sürmüşdü.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə