İŞİD-ə qarşı quru əməliyyatları başlaya bilər

İŞİD-ə qarşı quru əməliyyatları başlaya bilər

Amerika prezidenti Barak Obamanın İŞİD-lə qlobal mübarizə üzrə xüsusi nümayəndəsi general Con Allen terror qruplaşmasına qarşı hava mübarizəsinin nəticə verdiyini ifadə edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, xüsusi nümayəndə vaxtı gəldiyində quru əməliyyatının başladılacağını deyib. Bundan başqa, terror qruplaşmasının Suriya və İraqdakı iləliləyişinin artıq neft ticarətinə də mənfi təsir göstərdiyi bildirilib. Allen Almaniyanın məşhur Der Şpigel jurnalına verdiyi müsahibəsində İŞİD-lə mübarizənin qəti şəkildə aparıldığını, lakin qruplaşmanın tamamilə zərərsizləşdirilməsi üçün vaxta ehtiyac olduğunu vurğulayıb: "Hərbi əməliyyatlarımız bu qruplaşmanın neft ticarətindən əldə etdiyi gəliri ciddi şəkildə azaltdı. İŞİD-in artıq maaşları ödəməkdə çətinlik çəkdiyi aydın müşahidə olunur".

General onu da ifadə edib ki, artıq Suriya və İraqda İŞİD qruplaşmasının irəliləyişinin qarşısı tamamilə alınıb. Artıq geri çəkilmələri istiqamətində işlər görülür. Bundan sonrakı mərhələdə İŞİD-in silah təminatının qarşısının alınacağı bildirilir. Həmçinin mübarizənin əsas istiqamətlərindən biri kimi ideoloji müharibənin də aparılacağı qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə