Kanadanın "Porter Airlines" aviaşirkətinə məxsus təyyarə ABŞ-ın Uilyamsport hava limanına məcburi eniş edib. Buna səbəb salonda tüstülənmənin baş verməsi olub. SİA-nın verdiyi xəbərə görə, "Associated Press" məlumat yayıb ki, sərnişin təyyarəsi Torontodan Vaşinqtona uçuş həyata keçirirmiş. Lakin havaya qalxdıqdan 45 dəqiqə sonra salonda tüstülənmə baş verib. Heyətin komandiri təyyarəni Pensilvaniya ştatında yerə endirmək məcburiyyətində qalıb. Sərnişinlər isə digər təyyarəyə mindirilərək, Dallas aeroportuna aparılıblar.
Digər qəza isə Rusiyanın "Orenburqskiye avialinii" şirkətinə məxsus təyyarədə baş verib. Qərbi Sibirin nəqliyyat prokurorluğundan bildirilib ki, Moskvadan Tomska uçuş həyata keçirən təyyarə Novosibirsk şəhərində məcburi edib. Buna səbəb laynerin təkərlərinin açılıb-bağlanan hissəsindəki problem olub. Təyyarənin salonunda 115 sərnişin və bir tondan artıq yük olub.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB