162 sərnişinlə İndoneziyadan Sinqapura yola düşən AirAsia hava laynerinin radarlardan itməsi bu il Malayziya hava yolları ilə bağlı baş verimiş üçüncü hadisədir.
MH370
Martın 8-də Malayziya hava yollarına aid Boeing 777 təyyarəsinin yoxa çıxması müasir aviasiya tarixinə sirli hadisə kimi daxil oldu. 239 sərnişinlə Kuala Lumpurdan Pekinə uçus edən 370 təyyarəsi Hind okeanı səmasında heç bir iz olmadan yoxa çıxdı. Çoxsaylı axtarışlara baxmayaraq təyyarənin heç bir qalığına rast gəlinmədi.
Dörd aylıq fasilədən sonra, Avtraliyanın 1800 kilometr qərb hissəsində geniş axtarışların aparılması üçün daha müasir avadanlıqlar, hidrolokasiya, video kameralar və reaktiv yanacağı sensorları axtarışlara cəlb olundu.
Okeanın 60,000 kvadrat kilometrlik "Yeddinci qövs" kimi tanınan sahəsində axtarışlar aparıldı. Tədqiqatçılar təyyarə ilə peky arasındakı əlaqəyə əsaslanaraq hava gəmisinin yanacağının bitməsindən sonra qəzaya uğradığı fikrini irəli sürmüşdülər.
Səlahiyyətli şəxslər bu hadisədə terrorizm aktını da istisna etmədilər. Lakin sonradan hadisə sui-qəsd nəzəriyyələri ilə qiymətləndirildi. Təyyarənin qalıqlarının tapılaraq tədqiq edilməsinə qədər təyyarənin itmə səbəbləri haqqında fikir söyləmək qeyri-mümkündür.
MH17
İyulun 17-də Malayziyaya məxsuz Boeing 777 təyyarəsi Ukraynanaın şərqində separatçılar tərəfindən vuruldu. Hadisə zamanı təyyarədə olan 298 sərnişin və ekipaj üzvləri həyatını itirdi.
Hollandiyalı tədqiqatçıların sözlərinə görə, təyyarə Amsterdamdan Kuala Lumpura uçuş edərkən raketlə vurulub.
Ukrayna hökuməti və Rusiya tərəfdarı separatçılar arasındakı qarşıdurmalar səbəbindən təyyarənin qalıqlarının və digər sübutların tədqiq edilməsində də çətinliklər yarandı. Qəza zamanı təyyarədə olanlardan yalnız altı nəfərin kimliyini müəyyənləşdirmək mümkün oldu.
Təyyarənin kim tərəfindən vurulməsının araşdırılması zamanı da mübahisəli fikirlər yarandı. Yüksək rütbəli üsyançı zabit təyyarənin Ukrayna hərbi qüvvələrinə aid olduğu zənn edildiyi üçün üsyançılar tərəfindən vurulduğunu etiraf etdi. Lakin rus mətbuatı iddia edir ki, təyyarə Ukrayna raketi tərəfindən vurulub.
Hollandiya prokurorluğunda hadisə ilə bağlı beynəlxalq cinayət işi açıldı. Lakin hələ də hər hansı bir şübhəli ad və ittihamlandırılan tərəf müəyyənləşməyib.
QZ8501
Bu gün İndoneziya hava yollarına məxsus Airbus 320-200 hava layneri QZ8501 reysini həyata keçirərkən radarlardan itib. İndoneziyanın Surabaya şəhərindən Sinqapura uçuş edən təyyarədə ekipaj üzvləri ilə birlikdə 162 sərnişin olub. Bildirilib ki, təyyarə Surabaya hava limanından havaya qalxdıqdan 42 dəqiqə sonra Java dənizi səmasında olarkən yoxa çıxıb.
Malayziyalı iş adamı Toni Fernandesə məxsus AirAsia təyyarəsi il ərzində bölgədə ucuz səyahətlərin üstünlük təşkil etdiyi uçuşlar həyata keçiririb. Təyyarə radarlardan itməmişdən öncə, pilotlar yerlə əlaqə saxlamağa nail olublar. Onlar məcburi şəkildə öncədən planlaşdırılmış marşutun dəyişdirilməsini istəyiblər. Daha sonra dəqiqləşdirilib ki, qalın bulud təbəqəsindən yayınmaq üçün pilotlar 9,75 kilometrdən 11,5 kilometr yüksəkliyə qalxmağa icazə istəyiblər.
Qeyd olunur ki, Cənub-Şərqi Asiyada və təzəlikcə Hindistanda uçuşlar həyata keçirən AirAsia təyyarəsi indiyə qədər belə hadisə ilə üzləşməyib və təhlükəsizliyin təmin olunması həmişə yüksək səviyyədə olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB