Böyük Britaniya kəşfiyyatı Kral qvardiyasına qarşı hücum hazırlandığını bildirib. SİA xəbər verir ki, bu barədə "Mirror" analitik agentliyi yazır. Məlumata görə, "İslam Dövləti" terror qruplaşması şahzadə II Yelizavetanı qoruyan Kral qvardiyasına hücum planı hazırlayıb. Belə ki, terrorçular qvardiya üzvlərindən olan istənilən məsul şəxsi oğurlayaraq onu qətlə yetirməyi planlaşdırıblar. "Kəşfiyyat silahlıların internet-yazışmasını əldə edib və orada sözügedən planın ciddiliyinə şübhə qalmayıb. "İslam Dövləti" yaxşı bilir ki, Kral ailəsinə hücum etmək onların gücündə deyil. Lakin Kral ailəsinə məxsus qvardiya üzvlərindən birini oğurlayaraq, onu məhv etmək onlar üçün çox asandır. Bu baxımdan, artıq qabaqlayıcı tədbirlər görülüb. Təhlükə o qədər gözləniləndir ki, qvardiyada xidmət edən əsas şəxslər öz mövqelərində dəyişikliklər etməyə məcbur olublar."-deyə məlumatda vurğulanıb.
Daha sonra bildirilib ki, qvardiyaçılar öz xidmətlərini qoruduqları saraylarda – "Sent Ceyms" və "Klarens house"-də həyata keçirirlər. Hansı ki, daha öncə qvardiyaçılar xidmətlərini rezidentlikdən kənarda keçirirdilər. Eyni zamanda qvardiyaçılara yardım üçün silahlı polis dəstəsi də yaradılıb.
Xüsusi xidmət orqanları ehtiyat edirlər ki, ötən ilin may ayında baş vermiş hadisə yenidən təkrarlana bilər. Belə ki, həmin vaxt Kral qvardiyasının təbilçisi Li Rigbi iki Britaniya mənşəli nigeriyalı tərəfindən London məscidi yaxınlığında doğranılaraq qətlə yetirilmişdi. Nigeriyalılar Qərbin İraqda və Əfqanıstanda yürütdüyü siyasətə, öldürülən müsəlmanlara görə qisas aldıqlarını deyiblər. Onlardan biri – Adeboladjo ömürlük, Adebovale isə 45 illik həbs cəzasına məruz qalıblar. Bu baxımdan, kəşfiyyat hesab edir ki, "İslam Dövləti" buna bənzər mümkün hadisəni yenidən və daha qəddar formada həyata keçirə bilərlər.
Rövşən Nurəəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB