Gecə saatlarında radarlardan itmiş İndoneziyanın və Malayziyanın müştərək istifadə etdiyi və "Air Asiy" şirkətinə məxsus A320-200 təyyarəsinin qalıqları Belitunq adaları yaxınlığında aşkar olunub. SİA-nın məlumatına görə, bu barədə "Asiya One" agentliyi xəbər yayıb. Lakin İndoneziyanın xilas və axtarış üzrə agentliyi (Basarnas) təyyarə qalıqlarının QZ8501 reysini həyata keçirən laynerə aid olmasını təsdiq etməyib.
Qeyd edək ki, daha öncə Sinqapur aviasiyasına məxsus agentlik də bildirib ki, A320-200 təyyarəsi "ehtimala görə" Belitunq adaları yaxınlığına düşüb. Təyyarədə yeddi heyət üzvü, 155 sərnişin olub. Sərnişinlərdən 17-i azyaşlılardır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB