Adriatik dənizində 466 sərnişini olan İtaliya bərəsi yanır QƏZA

Adriatik dənizində 466 sərnişini olan İtaliya bərəsi yanır QƏZA

Adriatik dənizinin Yunanıstanın Kerkir adasına yaxın ərazisində İtaliyaya məxsus "Norman Atlantic" bərəsi yanır. SİA xarici mətbuata istinadən xəbər verir ki, bərədə 466 sərnişin var və onlardan 150 nəfəri yanan gəmidən təxliyyə ediliblər. 56 nəfər isə heyət üzvüdür. Yanğın bu gün səhər saatlarından başlayıb. Gəmi heyəti hadisə ilə bağlı Kerkir adasından 44 mil aralıda olarkən SOS siqnalı verib. Bərə İtaliya bayrağı altında üzür. Hazırkı reysə isə Yunanıstanın İqumenisa limanından start götürüb. Bərə İtaliyanın Ankon limanına tərəf istiqamət alıb. Gəmi heyətinin 22 nəfəri italiyalı, 34 nəfəri isə yunandır.

Yanan bərənin köməyinə ilk olaraq digər bərə - "Spirit of Piraeus" çatmağa nail olub. 150 nəfər sərnişin xilasedici qayıqlarla fəmin bərəyə yerləşdiriliblər. Ərazidə ondan başqa daha yeddi dəniz nəqliyyatı var. Onlar da xilasetmədə iştirak etməyə hazır olduqlarını bildiriblər. Qəza rayonuna əlavə olaraq, üç helokopter göndərilib.

İtaliya tərəfi isə mətbuata bildirib ki, hadisə nöqtəsinə sahil xidmətinə məxsus təyyarə və buksir gəmi göndərib. "Mümkündür ki, xilsaetmədə Albaniya xilasediciləri də iştirak etsin"-deyə məlumatda bildirilir.

Mətbuat xidmətindən isə sərnişinlərin xilasedici qayıqlarda yer çatışmazlığı ilə bağlı iddialarının doğruluğu barədə təsdiqedici xəbər verilmir. Lakin son nəfərə qədər hər birinin xilsa ediləcəyi vurğulanır. Jurnslistlərin sahil xidməti rəsmisinə verdiyi "Yanğın nə qədər təhlükəlidir" sualına isə cavab belə olub: "Əgər bərədən insanları təxliyyə edirlərsə, demək burada ciddi hadisə baş verib. Xırda hadisələrə görə, insanları təxliyyə etmirlər".

Həmçinin bildirilir ki, xilasetmə məliyyatının nə vaxt başa çatacağı bəlli deyil. Mətbuat xidmətinin rəsmisi bildirib ki, hadisə baş verən rayonda güclü cənub küləyi əsir. Onun gücü Bofor üzrə 7-8 bal civarındadır. Lakin buna baxmayaraq, əldə olan bütün imkanlardan istifaə olunmaqdadır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə