İndoneziyaya məxsus hava layneri radarlardan itib

İndoneziyaya məxsus hava  layneri radarlardan itib

İndoneziya hava yollarına məxsus Airbus 320-200 hava layneri QZ8501 reysini həyata keçirərkən, radarlardan itib. SİA "reuter" agentliyinə istinadən xəbər verir ki, təyyarə İndneziyanın Surabaya şəhərindən Sinqapura uçurmuş.

İndoneziyanın nəqliyyat naziri Hadi Mustafa insidentlə bağlı deyib ki, laynerlə əlaqə 6:17-də (Bakı vaxtilə 3:17-də) itib. Bildirilir ki, təyyarə radarlardan itməmişdən öncə, pilotlar yerlə əlaqə saxlamağa nail olublar. Onlar məcburi şəkildə öncədən planlaşdırılmış marşutun dəyişdirilməsini istəyiblər. Daha sonra dəqiqləşdirilib ki, qalın bulud təbəqəsindən yayınmaq üçün pilotlar 9,75 kilometrdən 11,5 kilometr yüksəkliyə qalxmağa icazə istəyiblər.

Hava laynerində 155 sərnişinin və təyyarə heyətinin olduğu bildirilir. İndoneziya KİV-i isə qeyd edib ki, sərnişinlərdən 149 nəfəri bu ölkənin vətəndaşlarıdır. Digrləri isə üç nəfər koreyalı, bir nəfər sinqapurlu, hərəsi bir nəfər olmaqla britaniyalı və malayziyalı olub.

Artıq Cənubi Koreyanın dxarici işlər nazirliyi təyyarədə 3 nəfər vətəndaşının olduğunu rəsmən təsdiq edib.

Qeyd edək ki, PK-AKC qeydiyyat nömrəsinə məxsus hava layneri "Indonesia AirAsia" və Malayziya şəriki "Air Asia" şirkətinə məxsusdur.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə