Malayziyada son 30 ilin ən böyük sel fəlakəti yaşanır. Tropik qurşaqda yerləşən Malayziyada yağış mövsümündə tez-tez bu cür təbii fəlakətlər olur. SİA-nın məlumatına görə, təkcə bu il ölkədə baş verən təbii fəlakətlər nəticəsində 5000 insan həyatını itirib.
Sel fəlakəti nəticəsində ölkənin Kelantan, Terengganu, Pahang, Perak və Perlis əyalətlərindən 106 min adam evakuasiya edilib. Əhalinin etirazına səbəb olan daha bir amil isə ölkədə baş verən təbii fəlakət zamanı Malayziya baş naziri Nəcib Rezakın ABŞ-da prezident Barak Obama ilə birlikdə qolf oynaması olub. Ölkə əhalisinin sərt reaksiyasından sonra baş nazir Nəcib Reza, dünən tətilini yarımçıq qoyaraq ölkəsinə dönəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB