Meksikada daha bir qandonduran kütləvi qətl hadisəsi baş verib. Belə ki, bir ailənin 5 nəfər üzvü paytaxt Mexikoya yaxın qəsəbədə yerləşən evlərində ölü tapılıb. SİA-nın məlumatına görə, yerli hakimiyyət nümayəndələri və prokurorluq bidirib ki, cinayət oğurluq zəminində baş verib. Meyitlər hamısı mənzilin tualetində aşkar olunub. Evin digər yerlərində isə cinayətkarların buraxdığı izlər müəyyənləşdirilib. Onlar mənzildə qiymətli əşya axtararaq, bütün evi dağıdıblar.
Qeyd edək ki, bu hadisə son iki gündə Mexikoda baş verən ikinci kütləvi qətl hadisəsidir. Ötən çərşənbə axşamı paytaxtın digər ətraf qəsəbəsində bir kişi altı nəfər uşağını, həyat yoldaşını qətlə yetirdikdən sonra özünü də öldürmüşdü.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB