İstanbul prokuroru tələb etdi

İstanbulun prokuroru Həsən Yılmaz ötən gün dövlət çevrilişində şübhəli bilinən şəxslərin ölkədən kənara çıxmamaq şərti ilə azadlığa buraxılmalarına etiraz edib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, dekabrın 14-də dövlət çevrilişində şübhəli bilinən 29 nəfər həbs olunmuşdu. Onlar arasında 13 əyalətdən olan yüksək rütbəli polis zabitləri və jurnalistlər də olub.

Daha sonra həbs olunanlarn bir qismi azadlığa buraxılıb. Avropa İttifaqı dipkorpusunun rəhbəri Fedrik Moqerini və genişlənmə üzrə avrokomissar Yohannes Han jurnalistlərin həbs olunmasına qarşı çıxaraq, onların azad olunmalarını Türkiyə hökumətindən tələb etmişdi. Lakin prezident Rəcəb Tayyib Ərdoğan Aİ rəsmilərinin tənqidlərini əsassız adlandıraraq, onları qərəzli olmaqda ittiham etmişdi.

Ötən həftə isə İstanbul məhkəməsi prokurorluğun prokurorluğun 12 nəfərin həbs olunması ilə bağlı iddiasına baxaraq, onlardan dördünün həbsi barədə qərar çıxarmışdı. Azadlığa buraxılanlar arasında "Zaman" qəzetinin baş redkatoru Əkrəm Dumanlı da olub. "Samanyolu" mediaqrupun rəhbəri Hidayət Qaraca isə həbsdə saxlanılıb.

İstanbul prokuroru isə bldirib ki, şübhəlilər barədə ölkədən kənara çıxmamaq haqqında verilən qərar cinayət işinin aparılmasına mane olur.

Xatırladaq ki, hələ 2013-cü ildə Türkiyədə böyük rezonans doğuran antikorrupsiya əməliyyatı həyata keçirilmişdi. Nəticədə ölkədə kütləvi həbslər olunmuşdu. Həbs olunanlar "paralel dövlət" adlı qeyri-rəsmi təşkilatın yaradılmasında ittiham olunurlar. İddialarda "paralel dövlət"ə birbaşa ABŞ-da yaşayan Fətullah Gülənin rəhbərlik etdiyi vurğulanır.

Prezident Ərdoğanın fikrincə, Gülənin əsas məqsədi hakimiyyəti devirməkdən ibarət olub. Ötən həftə isə İstanbul prokurorluğu Gülənin həbsi barədə order verib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə