Livanın "Hizbullah" şiə qruplaşması İsrailin xeyrinə casusluq edən yüksək vəzifəli məmuru həbs edib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə şiə təşkilatına yaxın olan mənbə "Agence France-Presse" agentliyinə xəbər verib. "Üç ay öncə təşkilatın təhlükəsizlik təminatı xidməti Muhəmməd Şoraba adlı bir nəfəri ələ keçirib. Bu şəxs də, məhz "Hizbullah"da çalışıb və yüksək vəzifəyə sahib olub" -deyə, mənbə bildirib.
Aparılan araşdırmalar zamanı bəlli olub ki, həbs edilən adam 2007-ci ildən İsrailin xüsusi xidmət orqanlarına işləyib.
Qeyd edək ki, bu yaxınlarda İsrail-Livan sərhəd keçid məntəqəsi yaxınlığında partlayış törədilib. Nəticədə 3 İsrail əsgəri yaralanıb. Hadisənin törədilməsində cavabdehliyi "Hizbullah" şiə təşkilatı öz üzərinə götürüb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB