Təyyarə qəzası ÖLƏNLƏR VAR

Kolumbiyada baş vermiş təyyarə qəzası nəticəsində 7 nəfər həlak olub. SİA xəbər verir ki, bu barədə ölkənin "el tiempro" nəşri yazıb. Belə ki, yüngül motorlu "Cessna" tipli təyyarə Santander şəhərinə düşüb. Təyyarənin salonunda 6 sərnişin və bir pilot olub. Onların hamısı qəza nəticəsində həyatlarını itiriblər. Məlumata görə, qəzadan az müddət öncə, layner radar ekranlarından itib. Lakin pilot insident zamanı yerə təyyarənin qəzalı vəziyyətdə olduğu barədə siqnal ötürə bilib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə