Türkiyə və İraq regionda sülhə nail olmaq üçün birgə səyləri artıracaqlar

Türkiyə və İraq regionda sülhə nail olmaq üçün birgə səyləri artıracaqlar

Ankarada Türkiyənin və İraqın Baş nazirləri Əhməd Davudoğlu və Heydər əl-Abadinin görüşündə terrorçuluqla mübarizə, iqtisadi əlaqələrin genişləndirilməsi, energetika sahəsində əməkdaşlıq və s. məsələlər müzakirə edilib.

Türkiyə mətbuatının məlumatına görə, tərəflər, həmçinin regionda sülhə və sabitliyə nail olmaq üçün hökumətlərin birgə imkanlarına dair fikir mübadiləsi aparıblar. Bu istiqamətdə birgə səylərin artırılmasının vacibliyi diqqətə çatdırılıb.

Baş nazirlər birgə mətbuat konfransında qeyd ediblər ki, Türkiyədə və İraqda təhlükəsizliyin qorunması, iqtisadi inkişaf, regionda sülh və sabitliyin bərpası hər iki ölkənin maraqlarını təmin edir.

Sabir Şahtaxtı, AzərTAc

Bütün xəbərlər Facebook səhifəmizdə