Baş nazir: "Onların qanı yerdə qalmayacaq"

Nəvaz Şərif Pakistanda törədilmiş terror aktı ilə bağlı açıqlama verib
Baş nazir: "Onların qanı yerdə qalmayacaq"

Pakistanın baş naziri Nəvaz Şərif hökümətin ötən həftə məktəb qətliamına cavab olaraq terror şübhəlilərinin yeni təsis olunmuş hərbi məhkəmədə mühakimə olacağını bildirib. Nazirlər kabineti və digər yüksək vəzifəli rəsmilərlə görüşdən sonra Şərif hərbi məhkəmələrin terrorçuları sürətli şəkildə mühakimə edəcəyini deyib.

Baş nazir pakistanlı uşaqların qanlarının yerdə qalmayacağını bildirib.

Qeyd edək ki, ölkədə genişmiqyaslı antiterror əməliyyatlarına start verirlib. Pakistanın yeni Talibanı məhvetmə planına terror qruplarının maliyyələşdirilməsi və qadağan edilən qrupların yeni ad altında fəaliyyətlərinə davam etmələrinin qarşısının alınması daxildir.

Qeyd edək ki, dekabrın 16-sı Pişəvərdə yerləşən hərbi məktəbdəki qətliamdan məsulliyəti Taliban daşıyır. Məktəbdə həmin hücum zamanı əksəriyyəti şagird olmaqla, 140 nəfərdən çox insan həlak olmuşdu. Taliban hücumun şimali Pakistanda terrorçulara qarşı hərbi təşviqata cavab olduğunu bildirmişdi.\anspress\

Bütün xəbərlər Facebook səhifəmizdə