Ukraynanın eks-prezidenti Viktor Yuşşenko bəyan edib ki, yenidən tibbi ekspertizadan keçməyə hazırdır. Belə ki, o hələ hakimiyyətdə olarkən, zəhərləndirilməsi ilə bağlı məlumatlar mövcud idi. SİA xəbər verir ki, o, bunu "Radio Vesti"-nin efirindən deyib. Yuşşenkonun sözlərinə görə, Ukraynanın baş prokurorluğu onun qanının yenidən beynəlxalq laboratoriyalarda analizdən keçirilməsi mümkünlüyü barədə məlumat verib.
"Mən bu variantı qəbul etməyə hazıram. Mən hansı ölkədə qan vermək lazımdırsa, həmin ölkəyə getməyə hazıram" -deyə, eks-prezident bildirib.
Ukrayna prokurorluğunun qərarına gəlincə isə buna səbəbin olduğu deyilir. Qeyd olunur ki, Yuşşenkonun daha öncələr verdiyi qan analizləri yoxa çıxıb, ya da məhv edilib.
Xatırladaq ki, Viktor Yuşşenko 2004-cü il prezident seçkiləri ərəfəsində zəhərlənədirilib. İddia olunur ki, o, həmin vaxtlar Ukraynanın təhlükəsizlik xidməti rəhbərinin müavini işləyən Vladimir Satsyukun bağ evində şam edərkən, yeməyinə dioksin maddəsi qatılaraq, zəhərləndirilib.
2010-cu ildə isə bəlli olub ki, onun zəhərləndirilməsi ilə bağlı açılan cinayət işi dayandırılıb. Daha sonra isə bu işdə Ukraynanın daxili işlər naziri Yuri Lutsenkonun da əlinin olduğu barədə informasiyalar yayıldı. 2012-ci ildə keçmiş daxili işlər naziri iki il azadlıqdan məhrum edilmişdi.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB