Almanlar evlərində 6 milyard avro saxlayırlar

Almanlar evlərində 6 milyard avro saxlayırlar

Almaniya vətəndaşları hələ də öz evlərində 12,9 milyard döyçmarka (Almaniyanın keçmiş pul vahidi) saxlayırlar. Bu pulları avroya çevirdikdə 6,6 milyard edir. SİA xəbər verir ki, bu barədə "Spiegel Online" internet qəzeti yazır.

Ancaq buna baxmayaraq, Bundesbank (Almaniyaınn Mərkəzi bankı) hələ də dövriyyədən çıxarılmış döyçmarkaları avroya dəyişməkdə davam edir.

Beləliklə, ümumi hesablamadan bəlli olur ki, Almaniyanın 81 milyon əhalisindən hər bir vətəndaş evində 160 marka saxlayır.

Bu arada "Emind" institutu bu istiqamətdə sorğu keçirib. Məlum olub ki, almaniyalı vətəndaşların 74 faizi döyçmarkaları nostalji hisslərinə görə saxlayır. 24 faizi isə bu pulları sadəcə yığır. 22 faizi isə sadəcə döyçmarkaları avroya dəyişməyi unudublar.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə