Gülənçilər üzərində qələbə

Gülənçilər üzərində qələbə

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Fətullah Gülən hərəkatı üzərində qələbə qazandığını bəyan edib. SİA xəbər verir ki, bu barədə Türkiyənin nüfuzlu "Sabah" qəzeti yazıb. Bu gün dərc edilən məqalədə Ərdoğanın bir sıra fikirləri yer alıb. Həmin fikirlərə görə, Türkiyə prezidenti hesab edir ki, əslində Gülənçilər hərəkatına qarşı aparılan mübarizə ölkənin müstəqilliyi və azadlığı uğrunda aparılan mübarizənin tərkib hissəsidir. Ərdoğan eyni zamanda bu kimi qeyri-leqal strukturlara qarşı mübarizənin davam etdiriləcəyini də vurğulayıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə