Son zamanlar korlanan Rusiya ilə Avropa birliyi münasibətlərinə bir yenisi əlavə olunub. Belə ki, Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov bəyan edib ki, Ukraynanın NATO üzvlüyünə qəbul edilməsi Rusiya və Alyans arasında mövcud olan münasibətlərin tamamilə korlanmasına gətirib çıxaracaq. SİA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, Anatoli Antonov NATO-nu münasibətləri tamamilə kəsməklə hədələyib. Nazir müavini Korlanmış münasibətləri isə praktiki heç cür bərpa etmək mümkün olmayacağını, Ukrayna parlamentinin NATO-ya üzv olması ilə bağlı qərarının isə hələlik Rusiyanın təhlükəsizliyinə təhdid etmədiyini hesab edib. O bildirib ki, əgər Ukrayna NATO-ya üzv olsa, buna adekvat cavab veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB