Müharibə başlayır?

Si Cinpin orduya döyüş hazırlığı təlimatı verib. SİA-nin xarici saytlara istinadən verdiyi xəbərə görə, Çin Xalq Respublikasının sədri Si Cinpin Rusiyanı dəstəkləyəcəyi ilə bağlı verdiyi qərardan sonra ordu rəhbərliyi ilə görüşərək döyüş hazırlığı əmrini verib. Xarici ekspertlərin fikrincə bu dünya müharibəsinin başlamasına ilk addım sayılır. Çin rəhbərinin bu əmri Moskva ilə Vaşinqton arasında münasibətlərin daha da gərginləşdiyi bir dövrə təsadüf etməsi ilə diqqət çəkir.

Hindistanın "Times of India" qəzaeti bəzi hərbi mənbələrə əsaslanaraq hazırladığı bir məqalədə Si Cinpinin ordunun hazırlıqlarının intensivləşdirməsinin arxasında dəqiq hansı məqsədin dayandığının məlum olmadığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə