Polis uşağı öldürdü: Budur demokratiya? ETİRAZ

Polis uşağı öldürdü: Budur demokratiya? ETİRAZ

Özünü demokratiyanın vətəni adlandıran ABŞ-da demək olar ki demokratiyadan əsər-əlamət yoxdur. Hətta qanun keşikçiləri belə qan töküb, hüquqları pozurlar. Öldürülənlər əsasən qaradərili vətəndaşlardır. ABŞ-da polis tərəfindən növbəti qaradərili yeniyetmə öldürülüb. Bu dəfə 18 yaşlı Antonio Martin güllələnib. O, Missuri ştatının Sent Luis şəhərində yanacaqdoldurma məntəqəsində polisin yoxlamasından keçməyi rədd etdikdə, yerindəcə güllələnib. Polis və hadisə yerinə toplaşan insanlar arasında qarşıdurma yaranıb. Qarşıdurma nəticəsində 3 nəfərin saxlanıldığı bildirilir.

Xatırladaq ki, avqustun 9-da Ferqüsson şəhərində 18 yaşlı qaradərili Maykl Braunun polis tərəfindən güllələnərək öldürülməsindən sonra bu şəhərdə və ölkə miqyasında kütləvi etiraz aksiyaları keçirilmiş və polislə nümayişçilər arasında toqquşmalar baş vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə