Prezident 77 nəfəri istefaya göndərib

Prezident 77 nəfəri istefaya göndərib

Ukrayna prezidenti Petro Poroşenko rayon adminstrasiyalarında fəaliyyət göstərən 77 rəhbəri istefaya göndərib. SİA Ukraynanın informasiya mənbələrinə istinadən xəbər verir ki, məlumat ötən gün gecə saatlarında ölkə hökumətinin rəsmi saytında yerləşdirilib.

Məlumata görə, Ukraynanın 18 regionunu əhatə edən rayon mərkəzlərinin rəhbərləri vəzifələrini itiriblər. Eyni zamanda, Kiyev, Luqansk, Lvov, Poltava, Rovnensk, Xarkov və Xerson vilayətinin də adminstativ rəhbərləri Poroşenkonun imzaladığı əmrə əsasən, istefaya göndəriliblər.

Prezidentin hansı səbəbdən belə bir qərara gəldiyi barədə isə heç bir məlumat verilməyib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə