Hökumət tam heyətlə istefa verdi

Sindzi Abenin yenidən baş nazir olacağı bildirilir
Hökumət tam heyətlə istefa verdi

Yaponiya hökumətinin bütün heyəti ilə birlikdə istefaya getdiyi bildirilir. SİA "izavestiya"ya istinadən xəbər verir ki, keçirilən təcili iclasda baş nazir Sindzi Abe şəxsən nazirlərdən istefa ərizələrini qəbul edib.

Qeyd edək ki, hökumətin istefası parlament seçkiləri öncəsi icra edilən prosedurlar sırasındadır. Belə ki, əsas parlament seçkilərinə qədər, dekabrın 14-də parlamentin alt palatasına seçkilər keçirilib.

Baş nazir postunu yenə Liberal-Demokrat Partiyasının sədri 60 yaşlı Sindzi Abe tutacaq. Liberal-Demokrat Partiyası ilə yanaşı, koalisiyada Mərkəzi Partiya olan "Yeni Komeyto" Partiyası da iştirak edəcək. Bu partiya alt palataya seçkidə 475 yerin 3/2-nə sahib olub. Yaponiya konstitusiyasına görə, alt palata baş nazirin seçilməsində və dövlət büdcəsinin qəbulunda həlledici rol oynayır.

Bu gün isə yeni kabinetin tərkibi elan olunacaq. Xatırladaq ki,Sindzi Abe ölkənin baş nazir vəzifəsini 2012-ci ildən daşıyır. Onun partiyası həmin il parlamentdə bimənalı qələbə qazanmağa nail olmuşdu.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə