Ukrayna DİN-də “böcək” tapılıb FOTO

Ukrayna DİN-də “böcək” tapılıb FOTO

Ukrayna daxili işlər nazirinin müavini Sergey Çebotarın kabinetində "böcək" (gizli qulaqasma və videoçəkiliş cihazı) aşkarlanıb. SİA Ukrayna satylarına istinadən xəbr verir ki, kabinetin qapısı üzərində gizlicə yerləşdirilmiş "böcək" sutka ərzində həm videoçəkiliş, həm də ausioyazı funksiyasını yerinə yetirib. Sergey Çebotır öz açıqlamasında deyib ki, "böcək"in yerləşdirilməsi DİN-in daha öncəki rəhbərliyi zamanı baş verib. Belə ki, Yanukoviş dövründə bu kimi hallar digər nazirliklərdə də baş verib.

Lakin daxili işlər nazirinin müavini bu məsələnin üzərindən sükutla keçməyəcəyini də bildirib. O, qeyd edib ki, bununla bağlı ölkənin Baş prokurorluğuna ərizə ilə müraciət etmək və günahkarları cəzalandırmaq fikrindədir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə