Putin Ermənistanla bağlı qərar verdi

Putin Ermənistanla bağlı qərar verdi

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına dair müqavilənin paraflanması haqqında qanunu imzalayıb. Bu barədə SİA RİA Novosti-yə istinadən məlumat yayıb. Sənəd çərşənbə axşamı hüquqi məlumatların rəsmi internet portalında yerləşdirilib.

Müqavilənin əsasını Ermənistanın 4 azadlığın - malların, kapitalın, xidmət və işçi qüvvəsinin sərbəst hərəkətinin təmin olunmasına şərait yaradılması istiqamətində razılaşmalara qoşulması təşkil edir.

Qeyd edək ki, Rusiya, Belarus və Qazaxıstan 2014-cü il mayın 29-da Aİİ-nin yaradılması haqqında müqavilə imzalayıblar və sənəd 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə